Naxçıvanda bayram tətili günlərində 36 nəfər zəhərlənib

Naxçıvanda bayram tətili günlərində 36 nəfər zəhərlənib

Naxçıvan Muxtar Respublikasında bayram tətili günlərində 36 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edib. Bu barədə SİA-ya Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müraciət edənlərdən 29-u qidadan, 3-ü dərmandan, 4-ü isə dəm qazından zəhərlənib. Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, müalicə üçün evə buraxılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə