Salyanda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs həbs edilib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən xəbərə görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılıb.
Ondan 6 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, B.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə