Bakıda avtomobil qadını vuraraq öldürüb. SİA-nın xəbərinə görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qeydə alınıb.
1996-cı il təvəllüdlü Elçin Qəhrəmanov idarə etdiyi "VAZ 21 010" markalı avtomobillə 1966-cı il təvəllüdlü Xatirə Məmmədovanı vurub.
Qadın xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Xatirə Məmmədova ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə