Biləsuvar rayonunda iki minik avtomobili toqquşub. SİA-nın məlumatına görə, hadisə Biləsuvar şəhərinin mərkəzi hissəsində qeydə alınıb.
Hadisə zamanı iki “VAZ 2106” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində Biləsuvar rayon sakinləri Bəylər Şirinov, Asif Buludov, Elməddin Buludov və Fərman Buludov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə