Gəncədə zəncirvari qəza baş verib

Gəncədə zəncirvari yol qəzası olub. SİA-nın məlumatına görə, şəhər ərazisində iki "KİA" və bir "Mercedes" markalı avtomobillərinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə