Qrup halında baş verən cinayətlətin sayında 23,2 faiz azalma olub

2024-cü ildə qrup halında baş verən cinayətlərin sayında 23,2, ictimai yerlərdə baş verənlərin sayında 9, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlərin sayında 8 faiz azalma qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, ümumi cinayətlər 9,4, ağır və xüsusilə ağır cinayətlər 18,9, qeyri-aşkar şəraitdə baş verənlər 18,1, qəsdən adam öldürmələr 9,6, adam öldürməyə cəhdlər 16,9, qəsdən sağlamlığa ağır zərər vurmalar 13,5, xuliqanlıqlar 5, odlu silahın tətbiqi ilə törədilənlər 21, mülkiyyət əleyhinə olanlar 10,4, onlardan avtonəqliyyat vasitələrini qaçırmalar 9,5, habelə yol-nəqliyyat hadisələri 12,8, qəzalarda xəsarət alanların sayı 13,1, ölənlərin sayı 11,4 faiz azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə