Təyyarə qəzası ilə bağlı briqadalar cəlb olunub - Qazaxıstan Səhiyyə Nazirliyi

Qazaxıstanın ərazisində Azərbaycanın AZAL Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan təyyarənin qəzaya uğramasından sonra hadisə yerinə Təcili Yardım Xidmətinin 22 və Fövqəladə Hallar üzrə Tibb Mərkəzinin 6 briqadası cəlb olunub. Bu barədə SİA-ya Qazaxıstanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə Tibb Mərkəzinin cərrahiyyə, travmotologiya və reanimasiya şöbələrində 40 çarpayı ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə