Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər. Tədbirlərlə 31 yaşlı Asəddin Feyziyev və qohumu, əvvəllər məhkum olunmuş 32 yaşlı Tural Kazımov saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri ümumilikdə 10 kiloqram marixuana və metamfetamin aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin həmin narkotik vasitə və psixotrop maddəni maddi qazanc qarşılığında deyiləcək ünvana çatdırmağa razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə