Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb

Tovuz rayonunda bir nəfərin ölümü qeydə alınıb, daha bir nəfər xəstəxanaya yerləşdirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də saat 23:50 radələrində rayonun Heydər Əliyev prospektində, beşmərtəbə adlanan ərazidə qeydə alınıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə daxil olan çağırış əsasında əraziyə təcili tibbi yardım briqadası göndərilib.

Briqada tərəfindən şəxsiyyəti hələlik məlum olmayan bir kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.

Digər kişi isə bayılma vəziyyətində Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. O, özünə gəldikdən sonra xəstəxanadan buraxılıb.

Hadisənin səbəbləri barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə