Oğuz rayonunda 36 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. SİA-nın məlumatına görə, hadisə rayonun Tayıflı kəndində meşəlik ərazidə baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Bayramov Fuad Valeh oğlu meşədə olarkən üzərinə ağac düşüb. O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və daha sonra orada ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə