Gürcüstanda 2026-cı il üzrə vahid milli imtahanların nəticələri açıqlanıb. İmtahanlarda iştirak edən 39 689 abituriyentin 34 150-si ali və ya peşə təhsili proqramlarına qəbul olunub. Bu barədə Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzi (NAEC) məlumat yayıb.
Qəbul olunanların 20 679-u, yəni 60,55 faizi dövlət tərəfindən tam maliyyələşdiriləcək.
Belə ki, 17 862 nəfər dövlət hesabına bakalavr proqramlarında, 1 322 nəfər peşə təhsili proqramlarında, 1 495 nəfər isə gürcü dili hazırlıq proqramında təhsil alacaq.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB