AzTU-da abituriyentlər üçün “Açıq qapı” günü

AzTU-da abituriyentlər üçün “Açıq qapı” günü

Azərbaycan Texniki Universitetində (AzTU) növbəti dəfə “Açıq qapı” günü keçirilib. Tədbirdə abituriyentlər və onların valideynləri iştirak ediblər.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, AzTU-dan bildirilib ki, “Açıq qapı” günü çərçivəsində əvvəlcə universitetin akt zalında abituriyentlər üçün təqdimat keçirilib. Fakültə və kafedraların rəhbər heyəti universitetdə görülən işlər, həyata keçirilən layihələr, yeni ixtisaslar, ikili diplom və mübadilə proqramları, eləcə də beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib. Tədbir zamanı AzTU-nun ikili diplom proqramlarında təhsil alan tələbələr də öz təəssüratlarını bölüşüblər.

Daha sonra iştirakçılar universitetin foyesində fakültələrin stendləri ilə tanış olublar. Həmçinin onları maraqlandıran suallar cavablandırılıb.

Stendlərlə tanışlıqdan sonra universitetin fakültələrinə, laboratoriyalarına və mərkəzlərinə infotur təşkil olunub.

“Açıq qapı” günündə ümumilikdə 500-ə yaxın ziyarətçi iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə