Gürcüstanda dövlət universitetləri pulsuz təhsil verəcək

Gürcüstanda dövlət universitetləri pulsuz təhsil verəcək

Gürcüstan höküməti təhsil sahəsində yeni addım atmağa hazırlaşır. Belə ki, bu ölkədə dövlət universitetlərində ali təhsil pulsuz olacaq. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlayıb.

Baş nazir bildirib ki, tələbələrin təhsilə motivasiyasını qorumaq üçün xüsusi mexanizmlər də nəzərdə tutulub.

Belə ki, tələbə bir semestr ərzində iki fəndən imtahan verə bilməzsə, üçüncü semestrdən etibarən onun maliyyələşdirilməsi azaldılacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə