Səməd Vurğun Azərbaycan poeziyasının, milli ədəbi fikrin inkişafında misilsiz xidmətləri olan qüdrətli söz ustasıdır. Görkəmli şairin zəngin yaradıcılığı təkcə bədii-estetik xüsusiyyətləri ilə deyil, həmçinin humanizm və yüksək mənəviyyat ideyalarının təbliği baxımından bu gün aktuallığını qoruyub saxlayır.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, AMEA-dan bildirilib ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Səməd Vurğun adına Yaradıcılıq Evində “Elm, ədəbiyyat və sosial həyat” (Fizika və lirika - IX) adlı ədəbi-bədii tədbirdə söyləyib.
AYB sədri vurğulayıb ki, Səməd Vurğun qüdrətli şair olmaqla yanaşı, həm də akademik kimi Azərbaycan elminin və ədəbi fikrinin inkişafına mühüm töhfələr verib, ölkənin ictimai-mədəni həyatında fəal iştirak edən ziyalılardan olub.
Xalq yazıçısı Anar çıxışında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Səməd Vurğun adına Yaradıcılıq Evinin əsaslı şəkildə yenidən qurulmasını dövlətin milli-mədəni irsə, görkəmli şəxsiyyətlərin xatirəsinə və yaradıcı insanlara göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.
Sonda o, belə tədbirlərin keçirilməsinin Səməd Vurğunun zəngin irsinin daha dərindən öyrənilməsi və milli-mədəni yaddaşın qorunması baxımından böyük əhəmiyyət daşıdığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB