Magistraturaya qəbul olunanların sayı ötən illə müqayisədə 399 nəfər artıb - Məleykə Abbaszadə
“Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul üzrə həm qəbul olunanların, həm də dövlət hesabına təhsil almaq hüququ qazananların sayı artıb”.
SİA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, magistraturaya qəbul müsabiqəsində ixtisaslaşma seçimində iştirak edən 15 721 bakalavrdan 13 845 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 6 580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7 213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 10 510 nəfəri cari ilin, 3 335 nəfəri isə əvvəlki illərin məzunudur.
Məleykə Abbaszadə bildirib ki, ötən illə müqayisədə ixtisaslaşma seçimində iştirak edənlərin sayı 166, magistraturaya qəbul olunanların sayı isə 399 nəfər artıb. Dövlət sifarişi və dövlət hesabına qəbul olunanların ümumi sayı isə 834 nəfər çox olub.
DİM sədri qeyd edib ki, 2026-cı ildə magistratura səviyyəsinə ayrılmış 17 658 plan yerinin 13 845-i, yəni 78,41 faizi dolub. Onun sözlərinə görə, plan yerlərinin sayının ixtisaslaşma seçimində iştirak edən bakalavrların sayından çox olması səbəbindən vakant yerlərin qalacağı əvvəlcədən gözlənilən idi.
O əlavə edib ki, maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik və yanğın təhlükəsizliyi mühəndisliyi üzrə proqramlarda plan yerləri tam dolub. Mədən mühəndisliyi, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, hava nəqliyyatı, səhiyyə, biotexnologiya və incəsənət istiqamətlərində isə ayrılmış plan yerlərinin 50 faizdən çoxu boş qalıb.
Məleykə Abbaszadə bildirib ki, ali təhsil müəssisələri arasında Dövlət Gömrük Komitəsinin Akademiyası və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında plan yerləri 100 faiz dolub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasında isə bu göstərici 90 faizdən yüksək olub.
DİM sədri xatırladıb ki, magistraturaya qəbul olunan şəxslər avqustun 3-ü saat 15:00-dan avqustun 12-si saat 18:00-dək my.gov.az platforması üzərindən elektron qeydiyyatdan keçməlidirlər. Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı isə Dövlət İmtahan Mərkəzi tərəfindən ayrıca elan olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 172
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 173
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB