"İxtisas dəyişmək istəyənlər magistratura deyil, təkrar ali təhsili seçməlidirlər" - Ekspert
"Magistratura ali təhsilin bakalavriat mərhələsindən sonra gələn növbəti akademik pilləsidir. Onun əsas məqsədi tələbənin bakalavriat dövründə qazandığı bilik və bacarıqları daha da inkişaf etdirmək, seçdiyi ixtisas üzrə dərinləşmiş nəzəri və praktiki hazırlığını təmin etməkdir". Bu sözləri SİA-ya açıqlamasında təhsil mütəxəssisi Çingiz Səfərli deyib.

Onun sözlərinə görə, magistratura təhsili bakalavriat səviyyəsində əldə olunan ixtisasın məntiqi davamı hesab edilməlidir.
Mən hesab edirəm ki, magistratura mərhələsində ixtisasın tamamilə dəyişdirilməsi doğru yanaşma deyil. Çünki bu halda tələbə bakalavriat dövründə qazandığı fundamental biliklər üzərində ixtisaslaşmaq əvəzinə, fərqli bir sahəyə yönəlir və magistratura təhsilinin əsas mahiyyəti müəyyən qədər zəifləyir.
Əgər şəxs fəaliyyət istiqamətini dəyişmək istəyirsə, bunun üçün təkrar ali təhsil almaq imkanı mövcuddur. Magistratura isə yeni ixtisasa keçid vasitəsi deyil, mövcud ixtisas üzrə elmi, nəzəri və peşəkar hazırlığın daha yüksək səviyyəyə çatdırıldığı təhsil mərhələsidir.
Hazırda magistraturaya qəbul zamanı bir çox hallarda eyni və ya yaxın ixtisaslar üzrə seçim imkanı yaradılır ki, bu da müəyyən mənada məntiqli yanaşmadır. Bununla belə, hesab edirəm ki, qəbulun əsas prinsipi bakalavriat təhsilinə uyğun ixtisas istiqaməti üzrə davamlılığın qorunması olmalıdır. Bu yanaşma həm təhsildə ardıcıllığı təmin edər, həm də daha dərin bilik və bacarıqlara malik, ixtisaslaşmış mütəxəssislərin hazırlanmasına xidmət göstərər.
Müasir əmək bazarı artıq təkcə diplomu deyil, yüksək peşəkarlığı və dərin ixtisas biliklərini tələb edir. Magistratura təhsilinin əsas vəzifəsi də məhz bu bilik və bacarıqları formalaşdırmaq, məzunu seçdiyi sahə üzrə daha peşəkar və rəqabətqabiliyyətli mütəxəssis kimi yetişdirməkdir".
Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB