"Əmək bazarı dəyişdikcə peşə təhsili də həmin tempə uyğun yenilənməlidir" - PEDAQOQ
"Əmək bazarında tələbat iqtisadiyyatın inkişaf dinamikasına uyğun olaraq mütəmadi dəyişir". Bu sözləri SİA-ya açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin PR sektor müdiri Aytən Səfərəliyeva bildirib.
Onun sözlərinə görə, hazırda sənaye, tikinti, informasiya texnologiyaları, kənd təsərrüfatı, logistika, xidmət və səhiyyə sahələrində ixtisaslı kadrlara ehtiyac müşahidə olunur:
"Eyni zamanda rəqəmsallaşma, yaşıl iqtisadiyyat və müasir istehsal texnologiyalarının inkişafı nəticəsində avtomatlaşdırma, kibertəhlükəsizlik, proqram təminatı, bərpa olunan enerji, sənaye avadanlıqlarının texniki xidməti və digər texnoloji istiqamətlər üzrə mütəxəssislərə tələbatın artacağı proqnozlaşdırılır.
Peşə Təhsili üzrə Dövlət Agentliyi də təhsil proqramlarını əmək bazarının aktual və perspektivli ehtiyaclarına uyğun olaraq mütəmadi yeniləyir və işəgötürənlərlə əməkdaşlıq əsasında yeni ixtisasların tətbiqini həyata keçirir.
Son illərdə qəbul göstəricilərinə əsasən informasiya texnologiyaları, avtomobil texnologiyaları, aşpazlıq, elektrik, qaynaq, gözəllik və xidmət sahələri, logistika, qrafik dizayn, kibertəhlükəsizlik, dron texnologiyaları və aqrar istiqamətlər üzrə ixtisaslara maraq daha yüksəkdir.
Maraq dinamikası regionların iqtisadi profili və əmək bazarının tələblərindən asılı olaraq fərqlənə bilər. Peşə təhsilinin effektivliyini qiymətləndirən əsas göstəricilərdən biri məzunların məşğulluq səviyyəsidir.
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın 2019-2024-cü illərdə peşə təhsili müəssisələrindən məzun olmuş şəxslərə dair təhlilinə istinadən:
— ümumilikdə 2019-2024-cü illərdə peşə təhsili məzunlarımızın məşğulluğu 40%-dir. Onların 29%-i aktiv əmək müqaviləsi ilə çalışır.
6%-i sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
2%-i özünüməşğulluq proqramlarına qoşulmuşdur.
3%-i isə təhsilini davam etdirir.
Məlumatların çəkisi baxımından deyə bilərik ki, bu göstəricilər ümumilikdə 64 minə yaxın məzun üzrə aparılmış təhlilə əsaslanır. Bu baxımdan, peşə təhsili sistemi ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayan strateji istiqamətlərdən biri kimi çıxış edir".
Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB