Hebey muzeyi Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Hebey muzeyi Azərbaycanla əməkdaşlıqda maraqlıdır

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Çinə səfəri çərçivəsində Şiciaguanq şəhərində yerləşən Hebey əyalət muzeyində olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə muzeyin partiya katibi və direktoru Sionq Huybiao ilə keçirilən görüşdə muzeyin tarixi və burada saxlanılan unikal eksponatlar barədə məlumat verilib. Sionq Huybiao rəhbərlik etdiyi muzeyin Azərbaycanla elmi əməkdaşlıq əlaqələri yaratmaq, birgə tədqiqat işləri aparmaqda maraqlı odluğunu bildirib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli öz növbəsində Çinin elmi qurumları ilə yaradılmış əlaqələrdən danışıb, muzey eksponatları üzərində elmi-tədqiqat işlərinin aparılmasının əhəmiyyətinə toxunub.

Muzeylə tanışlıq zamanı burada nümayiş olunan maddi mədəniyyət nümunələri barədə ətraflı məlumat verilib.

Akademik İsa Həbibbəyli Azərbaycanla Çin arasında elmi əməkdaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə təltif edilmiş Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevə AMEA-nın xatirə nişanını təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə