UNEC-in Zaqatala filialında MBA proqramı üzrə qəbul aparılacaq

UNEC-in Zaqatala filialında MBA proqramı üzrə qəbul aparılacaq

2026/2027-ci tədris ilindən etibarən Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) Zaqatala filialında MBA proqramı üzrə “Maliyyə” ixtisaslaşmasına tələbə qəbulu həyata keçiriləcək. Bu yenilik regionda beynəlxalq standartlara uyğun biznes təhsili almaq və maliyyə sahəsində peşəkar karyera qurmaq istəyənlər üçün yeni imkanlar yaradacaq.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Universitetdən bildirilib ki, MBA proqramı 1,5 il və 2 il təhsil müddəti olmaqla təşkil ediləcək. Proqram müasir əmək bazarının tələblərinə uyğun hazırlanıb və nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların inkişafına da xüsusi önəm verilib.

UNEC-in Zaqatala filialı magistrantlara rahat və müasir təhsil mühiti təqdim edir. Filialda 155 yerlik tələbə yataqxanası, müasir təchizatlı auditoriyalar, idman zalı və yüksək ixtisaslı, peşəkar professor-müəllim heyəti fəaliyyət göstərir.

Müasir biznes dünyasının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnmək, maliyyə sahəsində lider mütəxəssis kimi formalaşmaq istəyənlər üçün UNEC-in Zaqatala filialının MBA proqramı uğurlu karyeraya aparan yeni bir mərhələ olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə