"Bu il ali təhsil müəssisələrinə qəbul nəticələri böyük ölçüdə buraxılış imtahanlarının nəticələrindən asılı olacaq. Bildiyiniz kimi, buraxılış imtahanlarında bir çox abituriyent gözlədiyi nəticəni əldə edə bilmədi".
Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
_(1)_(1).jpg)
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi sualların həm məntiqi təfəkkürə əsaslanması, həm də əvvəlki illərlə müqayisədə daha çətin olması idi:
"İkinci və üçüncü ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarına gəlincə, adətən abituriyentlər bu mərhələyə daha rahat psixoloji vəziyyətdə daxil olur və nəticələrini 10–15 bal artıracaqlarına ümid edirlər. Lakin imtahandan sonrakı ümumi rəylər göstərir ki, bu dəfə də əvvəlki imtahanlarla müqayisədə ciddi asanlaşma müşahidə olunmayıb. Bəzi abituriyentlər sualların daha yüngül olacağını gözləsələr də, ümumi çətinlik səviyyəsi demək olar ki, əvvəlki imtahanlarla eyni olub.
Bu səbəbdən, xüsusilə ikinci ixtisas qrupu üzrə qəbul ballarında müəyyən dəyişikliklər gözlənilə bilər. Digər mühüm amil isə odur ki, bu il əvvəlki illərlə müqayisədə daha çox abituriyent ikinci ixtisas qrupunu seçib. Bu da həmin qrup üzrə rəqabətin artmasına səbəb olub.
Nəticə etibarilə, həm imtahanların çətinlik səviyyəsi, həm də ikinci ixtisas qrupunda rəqabətin artması qəbul prosesinə təsir göstərəcək əsas amillərdən olacaq. Son qərarı isə Dövlət İmtahan Mərkəzinin açıqlayacağı rəsmi nəticələr və ixtisas seçimi mərhələsində formalaşacaq keçid balları müəyyən edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB