Akademik Rasim Əliquliyev Mədəniyyət kanalında çıxış edib

Akademik Rasim Əliquliyev Mədəniyyət kanalında çıxış edib

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AzTV-nin Mədəniyyət kanalının “Səhərçağı” verilişinin qonağı olub.

SİA xəbər verir ki, akademik Rasim Əliquliyev kibertəhlükəsizliyin müasir cəmiyyətdə ümumi təhlükəsizliyin əsas dayaqlarından biri olduğunu qeyd edib. Rəqəmsallaşma proseslərinin dərinləşməsi fonunda süni intellekt və digər rəqəmsal texnologiyaların bir çox sahələrdə geniş tətbiq edildiyini bildirən alim, bu inkişafın kibertəhlükəsizlik risklərini də artırdığını söyləyib.

AMEA-nın vitse-prezidenti son illər Azərbaycanda rəqəmsal dövlətin formalaşdırılması, onun arxitektur dayaqlarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl addımların atıldığını, bu sahədə dövlət siyasətinin formalaşdırıldığını və strateji sənədlərin qəbul edildiyini diqqətə çatdırıb. Alim eyni zamanda kibertəhlükəsizlik sahəsində müvafiq qurumların qarşısında duran əsas vəzifələrə toxunaraq, dezinformasiya ilə mübarizə və insan hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə