Bakıda bağçalara müdir vəzifəsinə işə qəbulun müsahibə mərhələsi keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib. İdarədən SİA-ya verilən məlumata görə, müsahibələrdə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 131 namizəd iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, müsahibə mərhələsində namizədə vəzifəyə uyğun müvafiq meyarlar üzrə açıq və praktik suallar verilib. Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə