BDU-nun “SABAH” qruplarında 916 tələbə təhsil alır

2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının II kursuna 6 ixtisas (biotexnologiya, biologiya müəllimliyi, fizika müəllimliyi, kimya müəllimliyi, kompüter elmləri, psixologiya) üzrə 162 tələbə qəbul olub. Yeni tədris ilində BDU-nun “SABAH” qruplarında 6 ixtisas üzrə 674 tələbə təhsil alır. Bu barədə SİA-ya BDU-dan məlumat verilib. Bildirilib ki, 2024/2025-ci tədris ilində BDU-nun “SABAH” qruplarının magistratura səviyyəsinə 8 ixtisaslaşma (ehtimal nəzəriyyəsi və riyazi statistika, əməliyyatlar tədqiqi və sistemli təhlil, jurnalistika, kimyəvi kinetika və kataliz, kompüter elmləri və texnologiyaları, molekulyar biologiya, nanohissəciklər fizikası, optimallaşdırma və optimal idarəetmə) üzrə 111 tələbə qəbul olub. Yeni tədris ilində BDU-nun “SABAH” qruplarında magistratura səviyyəsində 8 ixtisaslaşma üzrə 242 magistrant təhsil alır.

Bütün xəbərlər Facebook səhifəmizdə