Bu gün Azərbaycanda “Bilik günü”dür. Məktəbə ilk qədəmini qoyan birincilərin gözyaşları günün mahiyyətini daha da artırır. Bu gündən ölkənin bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayıb. SİA xəbər verir ki, Azərbaycanın bir çox bölgələrində olduğu kimi paytaxt Bakıda da məktəblilər 3 aylıq yay tətilindən sonra ilk dərs gününün sevincini yaşayır.
Bu il ölkə üzrə I siniflərə 132 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub. Həmçinin yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 513 698 şagird təhsil alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə