Beynəlxalq Mühasiblər Federasiyasının prezidenti UNEC-də olub - FOTO
Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti xanım Asma Resmouki Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Bu barədə SİA-ya UNEC-dən məlumat verilib.
Rektor Ədalət Muradovla görüşən Asma Resmoukiyə mühasiblərin hazırlığı prosesi, universitetin MBA proqramı üzrə mühasibat uçotu ixtisaslaşmasının ikinci dəfə 5 il müddətinə ACCA akkreditasiyasından keçməsi, MBA magistrlərinin F1-F9 fənlərindən azad olmaları, eləcə də UNEC-də kompüter əsaslı ACCA İmtahan Mərkəzinin yaradılması barədə məlumat verilib.
Sonra tərəflər arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə