BANM-də yeni tədris ilinə hazırlıq məsələləri müzakirə olunub - FOTOLAR

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2024-2025-ci tədris ili ilə bağlı görüş keçirib. BANM-dən SİA-ya bildirilib ki, görüşdə yeni tədris ilinin başlanması ilə əlaqədar hazırlıqlar və cari məsələlər müzakirə olunub.

Qəbul nəticələrinin yüksək olmasından məmnunluğunu ifadə edən rektor bunu gənclərin Ali Məktəbə olan etimadının və qazanılan nüfuzun təzahürü kimi vurğulayıb. O, yeni tədris ili üçün müvafiq tapşırıqlarını verib və kollektivə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə