Məqsədim Azərbaycan dilini Türk dünyasının əsas elmi dilinə çevirməkdir
Azərbaycan dili türk dilləri arasında önəmli yer tutur. O, həm Oğuz dil qrupuna aiddir, həm də Şərqi Türküstan dil qrupuna yaxındır. Mənim məqsədim Azərbaycan dilini Türk dünyasının əsas elmi dilinə çevirməkdir. Buna görə də o, təkcə sadəcə ədəbiyyatda deyil, həm də texniki elmlərdə mühüm rol oynamalıdır. Bununla bağlı fəaliyyətimi davam etdirirəm və bu forum sayəsində də müvafiq fikirlərimi bölüşürəm.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçısı, “Varlıq” jurnalının naşiri, Ankara Universitetinin müəllimi, dilçi alim Rza Heyət söyləyib.
Dilçi alim vurğulayıb ki, bu tədbir xaricdə yaşayan alimlərimiz üçün çox əhəmiyyətlidir: “Çünki onlar bu cür toplantılar sayəsində bir-biri ilə, eləcə də Azərbaycanla əlaqə yaradırlar. Belə tədbirlərin çox olması, tez-tez keçirilməsi daha yaxşı nəticələrə yol açacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə