“Məktəbə hazırlıq qruplarına 26 mindən çox uşaq cəlb olunub“ - Nərminə Hüseynova
“Yeni tədris ilinə maraqlı xəbərlərlə başlayırıq. Bu il tədris ili məktəblər “Yaşıl dünya naminə həmrəylik” mövzusu ilə başlayacaq”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova deyib.
O bildirib ki, məktəbə hazırlıq qruplarına 26 mindən çox uşaq cəlb olunub: “Məktəbəqədər qruplarda isə 45 mindən çox uşaq təhsil almağa başlayacaq.
İnfrastrukturla bağlı 4 məktəb yenidən inşa olunur, 4 məktəbdə əsaslı təmir aparılır , 6 yeni bağça və 1 yeni məktəb fəaliyyətə başlayır. 2024-2025-ci tədris ili ilə bağlı əsas məqsədimiz məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və ümumtəhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılmasıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə