“Təhsildə dəyişikliklərlə bağlı hələlik heç bir yenilik yoxdur“ - EKSPERT DANIŞDI

“2024-2025-ci tədris ilinə artıq sayılı günlər qalır, sentyabr ayının 16-dan etibarən dərslər start götürəcək. Biz artıq tədris ili istiqamətində müəyyən işlərin görülüb başa çatdığını müşahidə edirik. Məsələn, ali təhsil istiqamətində qəbul prosesi demək olar ki, artıq yekunlaşıb. Bu gün boş qalan yerlər üçün də qəbul həyata keçirilir, sentybarın 16-na kimi isə bütün bunlar yekunlaşacaq”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib.

O bildirib ki, bağça, ibtidai və orta təhsil pillələri istiqamətində də artıq şagirdlərin qəbulu həyata keçirilib: “Nazirlik və tabeli qurumlar da müvafiq olaraq proqramlar, dərsliklərin hazırlanması proseslərini icra edirlər. Tədris ili başlayana qədər bu istiqamətdə də işlər yekunlaşacaq.

Təhsildə dəyişikliklərlə bağlı hələlik heç bir yenilik yoxdur. Sadəcə olaraq yeniliklər içərisində işğaldan azad edilmiş ərazilərdə bir neçə orta təhsil müəssisənin daha fəaliyyətə başlayacağını vurğulaya bilərik. Bu isə olduqca sevindirici haldır. Bağça təhsili istiqamətində isə şəffaf formada şagirdlərin qəbulu və müəllimlərin işə qəbulu prosesi həyata keçirilir. Bu da bağça təhsili istiqamətində müsbət hallardan biridir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə