Şagirdlərin yerdəyişməsi prosesi bu gün dayandırılır

Şagirdlərin yerdəyişməsi prosesi bu gün dayandırılır

Şagirdlərin elektron yerdəyişməsində valideynlər üçün “sy.edu.az” elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi bu gün saat 18:00-da dayandırılacaq. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən SİA-ya bildirilib ki, həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Xatırladaq ki, yerdəyişmə prosesinə II – IX və XI sinif şagirdləri üçün 8 avqust 2024-cü il saat 15:00-dan, X siniflər üçün isə 15 avqust 2024-cü il saat 15:00-dan etibarən başlanılıb. Yerdəyişmə prosesi yekunlaşdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə