"Hər üç universitetə keçid balları yüksək qeydə alınıb" - EKSPERT İZAH ETDİ

“XXI əsr texnologiya əsridir və Azərbaycan təhsilində yeni texnologiyaların tətbiqi özünü əsasən ali təhsil istiqamətində, “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları”, “Kompyuter mühəndisliyi”, “Kompyuter elmləri” kimi ixtisaslarda göstərir. Təhsilin magistr pilləsində “süni intellekt”, “Proqram təminatı” ixtisasları da tədris olunur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib.

O bildirib ki, xaricdə təhsil proqramı müvafiq olaraq tətbiq olunur: “Xüsusilə də yeni yaradılan Türkiyə-Azərbaycan Universiteti “Kompyuter mühəndisliyi” İstanbul Texniki Universiteti ilə, bundan əlavə Azərbaycan Texniki Universiteti ilə Ankara Universiteti, Bakı Mühəndislik Universitetinin bəzi ixtisasları müvafiq olaraq Cənubi Koreya ilə ikili diplom proqramını həyata keçirməyə davam edir.

Xaricdə Təhsil Proqramında iki diplom proqramı əsasında təhsil alanlar beynəlxalq arenada həm Azərbaycan diplomu, həm də müvafiq ölkənin diplomu əsasında təhsillərini davam etdirə və ya əmək fəaliyyətinə başlaya bilərlər. Bu il yeni fəaliyyətə başlayan Türkiyə-Azərbaycan Universiteti, Qarabağ Universiteti və İtaliya-Azərbaycan Universitetləri üçün də müvafiq ixtisaslar üzrə imtahanlar aparıldı. Nəticələrə olan gözləntilər də ilk ildən müsbət oldu, hər üç universitetə keçid balları isə yüksək qeydə alınıb. Baxmayaraq ki, seçim mərhələsinin ikinci turunda bəzilərində plan yeri dolmayıb, hələ də seçim aparmaq olar. Amma gələcək baxımından hər üç universitetin ixtisaslı kadrlar hazırlayıb əmək bazarına çıxarması mümkündür. Bir neçə il sonra hər üç universitetin rəqabətliliyi onların beynəlxalq arenada yer alması ilə nəticələnə bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə