Məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin sınaq qiymətləndirilməsi aparılacaq
Avqustun 29-da məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət – tərbiyəçi-müəllim və metodistlər üçün onlayn sınaq keçiriləcək.
SİA xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu barədə məlumat verib. Sınaqların, eləcə də Təhsil İnstitutu tərəfindən keçirilən vebinarların məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin cari ildə keçiriləcək diaqnostik qiymətləndirilməyə hazırlığı prosesinin təmin edilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB