“Ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub“ - Məleykə Abbaszadə
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən 55656 nəfər (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə qeyd edib ki, ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub: “Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3715 nəfər daha çoxdur. Bu il həmçinin dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötən ilki göstəricidən 2523 nəfər çoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB