Əminik ki, Milli Məclisin yeni heyəti qalib xalqın etimadını doğrulda biləcək şəxslərdən formalaşacaq - Təhsil eksperti
Sentyabrın 1-də ölkədə keçiriləcək parlament seçkiləri həm tarixi, həm də müasir reallıqlar baxımından olduqca böyük əhəmiyyət kəsb edir. SİA xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
“Əlamətdar haldır ki, Milli Məclisə keçiriləcək budəfəki seçkilər ilk dəfə olaraq uzun müddət Ermənistanın işğalı altında saxlanılan, lakin müzəffər Ordumuzun qətiyyəti nəticəsində 44 günlük Vətən müharibəsi, eləcə də 2023-cü il sentuabrın 19-20-də keçirilmiş antiterror əməliyyatı ilə azad olunan bütün əraziləri də əhatə edəcək.
Bu parlament seçkilərində gözləntimiz böyükdür və əminik ki, Milli Məclisin yeni heyəti qalib xalqın etimadını doğrulda biləcək şəxslərdən formalaşacaq. Nəhayət, istər qlobal, istərsə də lokal geopolitik dəyişikliklərin getdiyi dönəmdə ölkəmizi həm ölkə daxilində, həm də xaricində təmsil edəcək şəxslərin parlamentdə yer alması mühüm əhəmiyyət kəsb edir”, - deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB