İşğaldan azad olunmuş ərazilərin iqtisadi imkanları NƏLƏRDİR? - İQTİSADÇI-EKSPERT DANIŞDI

"Zəngəzur iqtisadi rayonunun dayanıqlı sosial iqtisadi inkişafında dövlətimizin infrastruktur təminatının reallaşdırılması ehtiyac var ki, bu istiqamətdə ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə müəyyən işlər görülür". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, digər tərəfdən daxili özəl investisiya institutunun yaranması prosesindəki problemlər sözsüz ki, sosial iqtisadi inkişafa öz mənfi təsiri göstərir: "Ona görə də daxili və özəl investisiya insitutunun inkişaf etdirilməsinə böyük ehtiyac var. Buna görə bank kreditləşməsində ciddi dəyişmələr aparmalıyıq ki, özəl sektorun bank kreditləşməsinə çıxış imkanları genişləndirilsin. Nəzərə almaq lazımdır ki, işğaldan azad olan ərazilərdə böyük su imkanları mövcuddur. Bu isə öz növbəsində həm su təminatının, həm də sosial-iqtisadi inkişafın mövcudluğunu şərtləndirir. Həm də enerji sektoru ilə bağlı böyük imkanlar açır. Çünki sənayeləşmə və sosial iqtisadi inkişafla bağlı məsələlər enerji təminatına yaxın illərdə bölgədə tələbatın xeyli dərəcədə artmasını şərtləndirəcək. Həmin bölgələrə prioritet istiqamət kimi yanaşılması yaxın illərdə həmin bölgənin inkişafının təmin edilməsinə öz töhfəsini verməlidir. Bununla yanaşı biz unutmayaq ki, Azərbaycanda daxili bazarda hələ alıcılıq qabiliyyətinin artırılması üçün imkanlar var. Çünki pul kütləsinin artımı ilə bağlı imkanlar olduqca çoxdur. Digər tərəfdən regional iqtisadi əməkdaşlıq dərinləşdikcə xarici bazarlar da genişlənir. Belə olduğu halda həmin bölgədə istehsal olunan məhsulların xarici bazarlara çıxışı prioritet məsələlərdən biri olmalıdır. Biz bu amilləri nəzərə alaraq işğaldan azad edilmiş ərazilərə o cümlədən Zəngəzur iqtisadi rayonuna innovativ yönümlü investisiya axınlarının həcmini sürətlə artırmalıyıq. Bu proseslərin reallaşdırılması Zəngəzur iqtisadi rayonunun mövcud olan potensialının yüksəlməsində önəmli təsiredici effekt verməlidir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə