Azad Cavadov: “Azərbaycan dünyada maksimal faiz dərəcəsinin tətbiq olunduğu 2-ci ölkədir”
Ümumiyyətlə, dünyada Sığortaçılar İttifaqı Assosiasiyasinin 6 komitəsi var. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib ki, Azərbaycan bu yönümdə üç komitənin üzvüdür: "Bu komitələr sırasına Avropa Sığortaçılar İttifaqı, Avropa-Asiya Sığortaçılar İttifaqı və üzv olmağa hazırlaşdığımız Asiya İttifaqı daxildir. Bu komitələrin əsas məqsədləri bir-birilərinin təcrübələrini öyrənmək və tətbiq etməkdir. Nəticə etibarı ilə dünya sığortaçılarının da dəstəyi ilə bu yönümdə bir çox seminarlar, tədbirlər keçirilir. Bu kimi tədbirlər nəticəsində digər ölkələr dəyərli biliklərdən yararlana bilirlər. Bir çox ölkələrdə müəyyən sığorta hadisələri baş verir. Nəticədə həmin banklarda müəyyən təcrübə formalaşıb. Biz də bu təcrübələrin öyrənilməsi məqsədilə sözügedən qurumlarla və banklarla əməkdaşlıq etmək niyyətindəyik. Bu yönümdə Rusiya Federasiyasında da olduq. Fondumuzun əməkdaşları da bu təcrübələrin öyrənilməsində yüksək səviyyədə iştirak edirlər".
Azad Cavadov banklarla bağlı məsələyə də toxunub. O bildirib ki, banklarin əsas funksiyaları bank sistemlərində stabilliyin qorunması və əhalinin əmanətlərini hansısa iflas vəziyyətində qaytarılmasıdır. Banklarda ümumiyyətlə maksimal faiz dərəcəsi sisteminin tətbiq edilməsi dünyada yalnız iki ölkədə var. Bu iki ölkədən biri də Azərbaycandır. Maksimal faiz dərəcəsinin tətbiq olunmasına başlıca səbəb bankların yüksək faiz risklərinə getməməsidir. İkinci rübün nəticələrinə görə apardığımız araşdırmaya əsasən əmanətlərin əksər hissəsi 12 faizin altındadır. Biz stabil olaraq bazar araşdırmaları aparırır. Əgər bizə məlum olsa ki, faizlərin tendensiyası aşağı düşür, o zaman bu yönümlü qanunun hazırlanmasına baxa bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB