Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və "Koroğlu" dayanacağında tətbiq olunan "SİMA Pay" mərhələli şəkildə Abşeron dairəvi marşrutu üzrə digər stansiya və dayanacaqlarda, eləcə də ölkə üzrə dəmir yolu şəbəkəsində əlçatan olacaq.
Bu barədə SİA-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, rəqəmsallaşan dəmir yolları sərnişinlərin həyatını asanlaşdırmağa, şəhər mobilliyini yenidən formalaşdırmağa və gələcəyi yaxınlaşdırmağa davam edəcək.
Xatırladaq ki, mayın 15-də ADY ictimai nəqliyyatda ilk dəfə olaraq "SİMA Pay" – üztanıma ödəniş sisteminin tətbiqinə başlayıb. Bu innovativ addım sərnişinlərə heç bir fiziki karta və ya cihaza ehtiyac duymadan turniketlərdən sürətli və daha rahat keçid imkanı verir, səyahətin başladığı ilk saniyədən texnoloji rahatlığı hiss etdirir. Sərnişinlər "ADY Mobile" mobil tətbiqində "Üztanıma ilə keçin" bölməsinə daxil olaraq bu xidmətdən yararlana bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB