Pərviz Şahbazov növbəti vətəndaş qəbulu keçirib

Bu gün energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə növbəti vətəndaş qəbulu keçirilib.

SİA nazirliyə istinadən xəbər verir ki, qəbulda elektrik enerjisi və qaz təchizatı, qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı müraciətlər dinlənilib, vətəndaşları narahat edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Energetika Nazirliyi vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafikini internet səhifəsində yerləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə