Azərbaycan Türkiyədən metal idxalı xərcini 20 %-ə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 44,643 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edir.

SİA xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 % çoxdur.

Təkcə apreldə isə Türkiyə Azərbaycana 14,411 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da bir il əvvələ nisbətən 41,9 % çoxdur.

4 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə10 % artaraq 4,669 milyard ABŞ dollarına, aprel ayında isə 26,1 % artaraq 1,363 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox qara və əlvan metal idxalı Almaniya 555,853 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 13,8 % çox), İtaliya 373,066 milyon ABŞ dolları (5,3 % çox) və Bolqarıstan 279,685 milyon ABŞ dolları (26,7 % çox) dəyərində həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə