İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
İqtisadiyyat Nazirliyinin rəhbərliyi müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib. Ümummilli Liderin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.
Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ölkəmizin müstəqilliyinin gücləndirilməsi və beynəlxalq nüfuzunun artması Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun nəticəsidir. Ulu Öndərin formalaşdırdığı inkişaf xətti bu gün də Azərbaycanın dayanıqlı tərəqqisinin əsasını təşkil edir.
Müəllif: Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB