“Yaxın Şərq münaqişələri logistikanı pozaraq nəqliyyat və sığorta xərclərini artırıb“ -TALEH KAZIMOV

“Yaxın Şərqdə baş verən münaqişələrin təchizat zəncirlərində yaratdığı maneələr nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə səbəb olub. Bununla yanaşı, qlobal enerji bazarlarında qiymət dəyişkənliyinin artması müşahidə edilir”.

SİA xəbər verir ki, bu sözləri Mərkəzi Bankın idarə heyyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qeyd olunur ki, ilin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasına əsas təsir edən amillərdən biri olacaq. Beynəlxalq maliyyə-kredit təşkilatları da cari il üzrə qlobal inflyasiya proqnozlarını artım istiqamətində yeniləyiblər.

Məlumata görə, növbəti dövrlərdə idxal inflyasiyasının miqyası ticarət tərəfdaşlarındakı inflyasiya ilə yanaşı, nominal effektiv məzənnənin dinamikasından da asılı olacaq. Eyni zamanda, inflyasiya gözləntilərinin istehlakı gözləniləndən daha çox artırması daxili risk faktorları sırasında önə çıxır.

Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar inflyasiya proqnozlarının dəyişimi və makroiqtisadi təhlillərin nəticələri əsasında qəbul ediləcək. İnflyasiyanın hədəfdən kənarlaşması riski yarandığı halda isə adekvat pul siyasəti tədbirləri həyata keçiriləcək.

Mərkəzi Bank faiz dəhlizi ilə bağlı növbəti qərarını 2026-cı il iyunun 24-də ictimaiyyətə açıqlayacaq”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə