“2026-cı ildə illik inflyasiyanın 5.9%, 2027-ci ildə isə 4.5% səviyyəsində olacağı gözlənilir“ -TALEH KAZIMOV

“İnflyasiya 2026–2027-ci illərdə hədəf diapazonunda qalacaq. Mərkəzi Bankın baza ssenarisinə əsasən, cari və növbəti illərdə illik inflyasiyanın hədəf daxilində qalacağı proqnozlaşdırılır”.

SİA xəbər verir ki, bu sözləri Mərkəzi Bankın idarə heyyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, may ayı proqnozlarına görə, 2026-cı ildə illik inflyasiyanın 5.9%, 2027-ci ildə isə 4.5% səviyyəsində olacağı gözlənilir.

Qeyd olunub ki, inflyasiya proqnozunun artım istiqamətində yenilənməsi əsasən xarici mənşəli xərc amillərinin fəallaşması ilə bağlıdır. Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin güclənməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin zəifləməsi daxildir.

Bildirilib ki, tələb amillərinin fevral proqnozu ilə müqayisədə zəifləməsi təklif amillərinin inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırıb.

Ümumilikdə, may proqnozuna əsasən inflyasiyanın əsas hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə