“AZIRr dərəcəsi üzrə orta günlük faiz göstəricisi 2026-cı ilin apreldə 6.44% təşkil edib” -TALEH KAZIMOV
“Xarici sektorda müsbət dinamika güclənir, pul bazarında faizlər sabit qalır. 2026-cı ilin ilk aylarında ölkənin xarici sektor göstəriciləri əlverişli olaraq qalmaqdadır. Gömrük statistikasına əsasən, ilin I rübündə xarici ticarətdə 1.4 milyard ABŞ dolları həcmində müsbət saldo qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 93.3% çoxdur”.
SİA xəbər verir ki, bu sözləri Mərkəzi Bankın idarə heyyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın məlumatına görə, 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozlar da yaxşılaşma istiqamətində yenilənib. Bu, əsas ixrac məhsulları üzrə qiymətlərin artması və qeyri-neft ixracının genişlənməsi ilə əlaqələndirilir.
Qeyd olunub ki, pul siyasəti alətlərinin tətbiqi maliyyə bazarlarında baş verən proseslər və bank sistemindəki likvidlik göstəriciləri əsasında tənzimlənir. Təminatsız pul bazarında qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində, uçot dərəcəsinə yaxın səviyyədə formalaşır.
Belə ki, AZIRr dərəcəsi üzrə orta günlük faiz göstəricisi 2026-cı ilin mart ayında 6.47%, apreldə isə 6.44% təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB