“2026-cı ilin mart ayında 12 aylıq inflyasiya 5.6% təşkil edib” -TALEH KAZIMOV

6 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankında faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransı keçirilib.
“Mərkəzi Bank faiz dəhlizinin parametrlərini dəyişməz saxladı”.

SİA xəbər verir ki, bu sözləri Mərkəzi Bankın idarə heyyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.

Onun sözlərinə görə , qərara əsasən, Mərkəzi Bankın İdarə Heyəti tərəfindən faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.

Bildirilib ki, qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində qalması, qlobal geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal maliyyə konyunkturu, daxili makroiqtisadi mühit, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyü əsas amillər kimi nəzərə alınıb.

Məlumata görə, illik inflyasiya hədəf intervalında qalmaqdadır. 2026-cı ilin mart ayında 12 aylıq inflyasiya 5.6% təşkil edib.

Qiymət artımları qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.5%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.7% səviyyəsində qeydə alınıb.

Həmçinin illik baza inflyasiyanın 5.5% olduğu qeyd edilib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə