“Onlayn ticarət ənənəvi alış-verişlə müqayisədə daha geniş imkanlar və rahatlıq yaradır. İstifadəçilər evdən çıxmadan istədikləri məhsulu seçib sifariş edə bilirlər ki, bu da həm vaxta, həm də yol xərclərinə qənaət edir”.
Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, satıcılar üçün isə bu model daha böyük auditoriyaya çıxış imkanı yaradır və fiziki mağaza saxlamaq xərclərini azaldır:
”Həmçinin, alıcılar müxtəlif məhsulları və qiymətləri asanlıqla müqayisə edib daha məlumatlı seçim edə bilirlər.
Bununla belə, bəzi mənfi tərəflər də mövcuddur. Məhsulu canlı şəkildə görmək və yoxlamaq mümkün olmadığı üçün keyfiyyətlə bağlı risklər yaranır. Çatdırılma prosesində gecikmələr, logistika problemləri və əlavə ödənişlər istifadəçilər üçün narahatlıq yarada bilər. Eyni zamanda, şəxsi məlumatların qorunması və kibertəhlükəsizlik məsələləri də ciddi əhəmiyyət daşıyır.
Rəqəmsal texnologiyalar bu sahənin inkişafında mühüm rol oynayır. Mobil tətbiqlər, onlayn ödəniş sistemləri, süni intellekt və məlumat analizi onlayn ticarəti daha sürətli və effektiv edir. Xüsusi alqoritmlər istifadəçilərin maraqlarına uyğun məhsulları önə çıxarır, rəqəmsal ödənişlər isə alış prosesini daha rahat edir. Ümumilikdə, rəqəmsallaşma onlayn ticarətin genişlənməsinə və iqtisadiyyatda rolunun artmasına böyük təsir göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB