Bu ilin yanvar-mart aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 352,277 milyon manat sığorta haqqı toplanılıb.
SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövr ilə müqayisədə 14,4 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 180,319 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 34,5 % çoxdur.
Beləliklə, 3 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 51,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 43,5 manat olub.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 417,753 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 218,456 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 33,2 % çoxdur.
3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 41,1 manat olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB