Almaniya öz elektrik stansiyasını Ukraynaya köçürəcək...

Elektrik stansiyası əvvəllər Rusiya tərəfindən təchiz edilən təbii qazı qızdırırdı...

...Almaniyanın Industriekraftwerk Greifswald GmbH şirkəti elektrik stansiyasını söküb Ukraynaya köçürmək qərarına gəlib.

SİA xəbər verir ki, bu barədə qəzet (Nordkurier https://www.nordkurier.de/) məlumat yayıb.

Bu, Meklenburq-Ön Pomeraniya federal əyalətində Rusiya qazı ilə işləyən bir stansiya ilə bağlıdır.

Məqalədə deyilir ki, “…əvvəllər Rusiyadan “Şimal axını” boru kəməri ilə tədarük edilən təbii qazı qızdıran elektrik stansiyasının Ukraynaya köçürülməsi planlaşdırılır”.

Əvvəllər Almaniyanın 2027-ci ildə Ukraynaya 11,6 milyard avro, 2028-2030-cu illər arasında isə 8,5 milyard avro məbləğində maliyyə yardımı göstərəcəyi bildirilirdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə