Dünya birjalarında neftin bahalaşması davam edir.
SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 8,07 dollar artaraq 126,1 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 3,17 dollar artaraq 110,05 dollar təşkil edib.
Qeyd edək ki, bu göstərici ilə “Brent” və “Light” markalı neft son 4 illik maksimumu yeniləyib. Qiymətlərin belə kəskin artmasına isə ABŞ Prezidenti Donald Trampın ötən gün Hörmüz boğazı ilə bağlı səsləndirdiyi bəyanatı səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB