“Dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi prioritetdir” - MİKAYIL CABBAROV
Azərbaycan Respublikasında 2026–2029-cu illəri əhatə edən “Rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya” çərçivəsində ölkə iqtisadiyyatının müasir çağırışlara uyğunlaşdırılması istiqamətində genişmiqyaslı islahatlar nəzərdə tutulmuşdur. Strategiya müəssisələrin rəqəmsal transformasiyasını sürətləndirməyi, innovativ texnologiyaların – süni intellekt, böyük verilənlər, bulud həlləri və avtomatlaşdırma sistemlərinin tətbiqini genişləndirməyi hədəfləyir.
SİA xəbər verir ki, bu sözləri Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və ASK-nın təşkilatçılığı ilə “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir vurğulayıb ki, biznes mühitinin müasirləşdirilməsi, idarəetmənin rəqəmsallaşdırılması və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilmişdir.
Bu sənəd sahibkarlıq subyektləri üçün yeni inkişaf istiqamətlərini formalaşdırmaqla yanaşı, onların qlobal iqtisadi proseslərə inteqrasiyasını asanlaşdırır. Nəticə etibarilə, rəqabətqabiliyyətliliyin artırılması, məhsuldarlığın yüksəldilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi baxımından bu strategiya mühüm yol xəritəsi kimi çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB