“Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilir -YENİLƏNİR

Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və ASK-nın təşkilatçılığı ilə “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilir.
SİA xəbər verir ki, tədbir Sahibkarlar Günü münasibətilə təşkil olunur. Xatırladaq ki, bu gün İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən hər il aprelin 25-də qeyd edilir.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, eləcə də millət vəkilləri və digər dövlət rəsmiləri iştirak edirlər.

Tədbiri giriş nitqi ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov açıb. Nazir çıxışında sahibkarlığın inkişafının ölkə iqtisadiyyatında mühüm rol oynadığını vurğulayıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə